Vahid | Heyət | Rəhbər |
---|---|---|
Tim | 4 | Kiçik çavuş Çavuş Baş çavuş Birinci dərəcəli starşina İkinci dərəcəli starşina Üçüncü dərəcəli starşina |
Manqa | 8-13 | Kiçik gizir Gizir Baş gizir Kiçik miçman Miçman Baş miçman |
Taqım | 25-26 | Kiçik leytenant Leytenant Baş leytenant |
Bölük | 80-225 | Baş leytenant Kapitan (hərbi rütbə) Kapitan-leytenant |
Tabor | 300-1300 | Kapitan (hərbi rütbə) Mayor Polkovnik-leytenant Üçüncü dərəcəli kapitan |
Alay | 1300-3000 | Polkovnik-leytenant Polkovnik İkinci dərəcəli kapitan |
Briqada | 3000-5000 | Polkovnik General-mayor Kontr-admiral |
Diviziya | 10000-15000 | General-mayor Kontr-admiral |
Korpus | 20000-45000 | General-leytenant Vitse-admiral |
Ordu | 80000-200000 | General-polkovnik Admiral |
Ordu qrupu | 400,000–1,000,000 | Dörd ulduzlu general/Admiral/Marşal/Böyük Admiral |
Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır.
Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir.
Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir.